Ölkəmizdə polis əməkdaşı yaşlı qadını yağış sularından xilas edib.
KONKRET.az xəbər verir ki, bu gün Masallı və Cəlilabad rayonlarının bir sıra yaşayış məntəqələri yağış suları altında qalıb. Xilasetmə işləri zamanı polis əməkdaşı yaşlı qadını qucağına alaraq, təhlükəsiz yerə daşıyıb.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
