Polisdən əməliyyat – 6 silah ələ keçirildibackend

Polisdən əməliyyat - 6 silah ələ keçirildi

Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və könüllülük prinsipi əsasında təqdim olunması məqsədilə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlər ərzində bu istiqamətdə keçirilən tədbirlər zamanı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları 6 tüfəng aşkarlanaraq götürülüb.

Həmçinin aparılan profilaktiki tədbirlər nəticəsində isə bir odlu silah könüllü olaraq polisə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*