Polisin qanuni tələbinə əməl etməyən sürücü HƏBS OLUNDUbackend

Polisin qanuni tələbinə əməl etməyən sürücü HƏBS OLUNDU

Yol polisinin qanuni tələbinə əməl etməyən şəxs həbs olunub.

Bu barədə KONKRET.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, “Scania” markalı, 77-BA-685 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücü Mürşüdov İslam Misirxan oğlu polisin qanuni tələbinə əməl etmədiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

İslam Mürşüdov barəsində materiallar toplanaraq baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 1 ay müddətində inzibati qaydada həbs edilib.

“Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, belə hüquqazidd əməllərə yol verən şəxlərlə bağlı ciddi tədbirlər həyata keçiriləcək”, – məlumatda qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*