Polşa qəbul edə biləcəyi ukraynalı qaçqınların sayını 2 milyon 800 mindən 7 milyon 300 minə qədər artırıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşanın fondlar və regional siyasət nazirinin müavini Malgorzata Jarosinska-Jedynak bildirib.
Jednyak qeyd edib ki, Polşa indiyədək 2,5 milyona yaxın ukraynalı qaçqını qəbul edib.
Ukraynalı qaçqınların bir hissəsinin başqa ölkələrə getdiyinə diqqət çəkən Jedynak bildirib ki, müharibənin davam edəcəyi təqdirdə 11 milyon ukraynalı öz ölkəsini tərk edəcək.
Qeyd edək ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı fevralın 24-dən- müharibə başlayandan bəri 4 milyon 215 min ukraynalının ölkəni tərk etdiyini açıqlayıb.
İqbal Rzayev,
KONKRET.az
