Polşadan Ukrayna qoşunlarının rəhbərliyinə məlumat verilir.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov deyib.
“Ukrayna silahlı qüvvələrinin rəhbərliyi AWACS-NATO sisteminin E-3A təyyarəsi vasitəsilə Vinnitsadakı Hərbi Hava Qüvvələri komandanlıq məntəqəsində məlumat əldə etməklə hava vəziyyəti ilə bağlı məlumat çatışmazlığını kompensasiya etməyə çalışır”, – Konaşenkov bildirib.
Onun sözlərinə görə, bu təyyarələr Polşanın hava məkanında gecə-gündüz növbətçilik edir. Axar.az
