Çexiyanın paytaxtı Praqanın mərkəzində koronavirus infeksiyasının yayılması ilə bağlı vəziyyət səbəbindən tətbiq olunan məhdudlaşdırıcı tədbirlərə qarşı nümayiş zamanı polislə qarşıdurma baş verib.
KONKRET.az xəbər verir ki, ümumilikdə Köhnə Şəhər Meydanında iki mindən çox insan toplaşıb.
Dinc aksiya başladıqdan təxminən bir saat sonra polislə qarşıdurmaya çevrilib. Toplananların bir qismi hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edib, onlara daş, konserv və fişəng atmağa başlayıb.
