Prezident amnistiya elan etdi – 20 min nəfərə şamil olunacaq – Tacikistandabackend

Prezident amnistiya elan etdi - 20 min nəfərə şamil olunacaq - Tacikistanda

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Tacikistan Prezidenti Emoməli Rəhmon ölkə Konstitusiyasının qəbul edilməsinin 25 illiyi şərəfinə əfv haqqında qanun layihəsini parlamentin aşağı palatasına təqdim edib.

Sənədə əsasən amnistiya 20 mindən çox şübhəli, təqsirləndirilən, müttəhim və məhkuma tətbiq ediləcək.

“O cümlədən 3 mindən çox insan cəza çəkməkdən, 5 mindən çox insan azadlıqdan məhrumetmə ilə əlaqəli olmayan digər cəzalardan azad ediləcək. Əksər məhkumlara münasibətdə cəza müddəti azalacaq. Bu qanun cinayət işləri istintaq, ibtidai istintaq və ya məhkəmələr tərəfindən araşdırılan 2 mindən çox insana da şamil edilir”, – deyə məlumatda bildirilir.

Qanun layihəsinin 1-ci maddəsinə uyğun olaraq aşağıdakı məhkumlar cəzanın müddətindən və azadlıqdan məhrumetmə ilə əlaqəli olmayan digər cəzaların çəkilməsindən asılı olmayaraq azadlıqdan məhrum etmə cəzasından azad edilirlər:

– qadınlar, yetkinlik yaşına çatmayanlar, 55 yaşdan yuxarı kişilər, I, II və III qrup əlillər, həmçinin bədxassəli şiş xəstəliyindən əziyyət çəkənlər, vərəm və dağıdıcı ağciyər xəstəliklərinə yoluxanlar, ürək-damar xəstəliyindən əziyyət çəkən məhkumlar, İkinci Dünya Müharibəsi iştirakçıları və onlarla bərabər tutulan şəxslər, digər ölkələrdəki hərbi əməliyyatların iştirakçıları, həmçinin Çernobıl AES-də qəza nəticəsində xəsarət alan şəxslər və xarici vətəndaşlar.

Ayrıca sərbəst buraxılacaq şəxslər:

– on iki ildən çox müddətə xidmət etmiş xüsusi ağır cinayətlərə görə məhkum olunmuş qadınlar;

– Yetmiş yaşdan yuxarı kişilər, bəzi ağır cinayətlər törədənlər istisna olmaqla;

– 10 min somoniyə qədər rüşvət almaqda və ya verməkdə ittiham olunan şəxslər;

– bu Qanunun digər maddələrində nəzərdə tutulmuş məhdudiyyətlərdən asılı olmayaraq xarici vətəndaşlar cəzadan tamamilə azad edilirlər.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Qanun layihəsində, həmçinin cəzasının icrası təxirə salınmış və ya hökm şərti olaraq tətbiq edilməmiş məhkumların cəzadan azad edilməsi və cəza koloniyalarında – yaşayış məntəqələrində cəza çəkən şəxslərin cəzalarından azad edilməsi nəzərdə tutulur.

Tacikistanda sonuncu amnistiya 2016-cı ilin avqustunda Tacikistanın müstəqilliyinin 25 illiyi şərəfinə elan edilib. O vaxt 12 mindən çox insan sərbəst buraxılıb və ya cəzaları azaldılıb. Amnistiya xüsusilə ağır cinayətlərə görə məhkum olunanlara təsir etməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*