Prezident hədəfi göstərdi: Göyçə və İrəvana…backend

Prezident hədəfi göstərdi: Göyçə və İrəvana...

Prezident Əliyevin Zəngəzur, Göyçə və İrəvana qayıdacağımızla bağlı dediklərində 10 noyabr bəyanatına istinad etməsi diqqət çəkir:

“Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə”.

Azərbaycan Prezidenti zaman-zaman Zəngəzur, Göyçə və İrəvana qayıtmaqdan bəhs edib, lakin ilk dəfədir ki, bunu konkret sənədə istinad vurğulayır.

Və bu o deməkdir ki:

– Bakının qaçqınların qayıdışı ilə bağlı gündəminə təkcə Qarabağ yox, Zəngəzur, İrəvan və Göyçə də daxildir və istisna deyil ki, məsələ qapalı danışıqlarda masaya qoyulub;

– Bakı azərbaycanlıların öz tarixi torpaqlarına – Zəngəzura, İrəvana, Göyçəyə qayıdışını beynəlxalq müstəvidə qaldırmağa hazırlaşır;

“Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq… Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur”, – Əliyev deyir və sülhməramlıların nəzarətində olan ərazilər – Xankəndi, Xocalı və Xocavənd – haqda yekun qərarı da açıqlayır: “Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam. Bütün Qarabağa aid olan rayonlar orada birləşib”.

Bakı hədəflərini böyüdür: Qarabağ məsələsi bitdi, hədəf tarixi torpaqlara qayıdışdır – İrəvana, Zəngəzura, Göyçəyə…

Bu, həm də Qarabağ məsələsinin bitdiyini qəbul etdirmək üçün strateji gedişlərdən biri hesab oluna bilər. Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*