İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gəldi – VİDEObackend

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gəldi - VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Şuşa şəhərinə səfərdən görüntülər paylaşıb.

KONKRET.az xəbər verir ki, paylaşımda deyilir:

“Əziz bacılar və qardaşlar!

Bu gün – Torpaq çərşənbəsi günündə biz yenidən doğma Şuşa şəhərimizi ziyarət etdik. Səfərimizin görüntülərini böyük məmnuniyyətlə sizinlə paylaşıram. Hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və əmin-amanlıq arzulayıram! Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm! Uca Tanrı sizi və doğmalarınızı qorusun!”

Qeyd edək ki, səfərdən geniş reportaj martın 17-də təqdim ediləcək.

20:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar.

KONKRET.az xəbər verir ki, səfərdən geniş reportaj martın 17-də təqdim ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*