Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
KONKRET.az xəbər verir ki, sərəncamla Leyla Yaşar qızı Abdullayevaya “ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi” diplomatik rütbəsi verilib.
Qeyd edək ki, Leyla Abdullayeva Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəridir.
