Prezidentin “CNN Türk”ə müsahibəsində səsləndirdiyi fikirlər İran mətbuatında – FOTOLARbackend

Prezidentin “CNN Türk”ə müsahibəsində səsləndirdiyi fikirlər İran mətbuatında - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin “CNN Türk” televiziya kanalına verdiyi müsahibəsində səsləndirdiyi fikirlər İran mətbuatının diqqət mərkəzində olub.

KONKRET.az xəbər verir ki, İranın İRNA agentliyi, “Mehr”, İRİB, “Arannews” saytları dövlətimizin başçısının müsahibədəki fikirlərinə dair materiallar dərc ediblər.

Yazılarda qeyd olunub ki, Prezident İlham Əliyevin “3+3 formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya, İran) əməkdaşlıq əlaqələrinin gücləndirməsi” fikri region dövlətləri üçün məqbuldur. Bu əməkdaşlıq iqtisadi inkişafa və siyasi sabitliyə qarant ola bilər.

Prezident İlham Əliyevin Zəngəzur dəhlizi və onun region dövlətləri üçün faydası haqqında söylədiyi fikirlərə də mətbuatda geniş yer verilib. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti Zəngəzur dəhlizindən İran və Ermənistanın da istifadə edə biləcəyini bildirib. Dəhlizin açılması ilə Ermənistanın həm İran, həm də Rusiya ilə nəqliyyat əlaqəsi yaranacağı vurğulanıb.

  • Garachanta
    Avqust 16, 2021 - 18:52

    iranın ağına da qarasına da lənət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*