Prezidentin göstərişi ilə Vəngli kəndindəki lövhə SÖKÜLDÜ – FOTObackend

Prezidentin göstərişi ilə Vəngli kəndindəki lövhə SÖKÜLDÜ - FOTO

Ermənilərin işğal dövründə Kəlbəcər rayonunun Vəngli kəndində azərbaycanlıların şəxsi avtomobillərinin nömrələrindən düzəltdikləri lövhə sökülüb.

KONKRET.az-ın xəbərinə görə, Prezident İlham Əliyev noyabrın 7-də həmin kənddə səfərdə olan zaman lövhənin sökülməsi barədə göstəriş verib.

Dövlət başçısının göstərişi dərhal yerinə yetirilib, ərazidə olan kommunal-təsərrüfat işçiləri lövhəni söküblər.

Qeyd edək ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndində olublar.

Prezidentin göstərişi ilə Vəngli kəndindəki lövhə SÖKÜLDÜ - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*