Prezidentin Qubadlıda idmançılarla maraqlı dialoqu – VİDEObackend

Prezidentin Qubadlıda idmançılarla maraqlı dialoqu - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

KONKRET.az xəbər verir ki, şəhər gəzintisi zamanı Prezident və xanımı ictimaiyyət nümayəndələri ilə söhbətləşiblər.

Prezident Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev və gənc idmançı ilə söhbət edib.

Gənc idmançı: Cənab Prezident, gənc olimpiyaçı olaraq mən də gənc idmançılar adından Sizə təşəkkürümü bildirirəm.

Prezident İlham Əliyev: Bilirəm, sən yaxşı vuruşmusan. Amma Niyaməddin kimi çempion olmalısan.

Gənc idmançı: Sağ olun. İnşallah, Sizə söz verirəm.

Prezident İlham Əliyev: Deyirəm, sənin kimi çempion olmalıdır. Hə?

Gənc idmançı: Müəllimimizdir. Niyaməddin müəllimdən həmişə böyük örnək almışıq.

Prezident İlham Əliyev: Sən neçənci ildənsən?

Gənc idmançı: 1996-cı ildən.

Prezident İlham Əliyev: 1996-cı ildən. Görməmisən?

Gənc idmançı: Görməmişəm. Böyük şərəf oldu.

Prezident İlham Əliyev: Valideynlərin burada yaşayıb?

Gənc idmançı: Bəli, valideynlərim burada olubdur, Gürcülü kəndində. Böyük şərəfdir Sizinlə buranı ziyarət etmək.

Niyaməddin Paşayev: Cənab Prezident, mən də öz adımdan, öz ailəm adından Sizə dərin təşəkkürümü bildirirəm.

Prezident İlham Əliyev: Sağ ol.

Niyaməddin Paşayev: Mən 13 yaşıma qədər böyüdüyüm bu Qubadlı.

Prezident İlham Əliyev: Sən burada yaşamısan?

Niyaməddin Paşayev: Bəli, Qubadlı rayonunun Muğanlı kəndində doğulmuşam. İnşallah, arzu edirəm ki – necə ki, bu günə qədər Azərbaycanda böyük idman yarışları təşkil olunub, – bu işğal olunmuş şəhərlərimiz də bərpa olunandan sonra bizə Avropa Oyunları kimi, İslam Oyunları kimi, Avropa, dünya çempionatlarını keçirmək qismət olsun.

Prezident İlham Əliyev: Əlbəttə. Mütləq. Burada indi mütləq yaxşı idman qurğuları tikiləcək. Siz də gəlib burada öz təcrübənizi bölüşəcəksiniz. Mütləq.

Gənc idmançı: İnşallah, bundan sonra bütün qələbələrimizi Sizə həsr edəcəyik.

Prezident İlham Əliyev: Çox sağ ol. Sənin çox güclü potensialın var, mən izləyirdim. Dünya çempionatının bürünc mükafatçısısan?

Gənc idmançı: Bəli.

Prezident İlham Əliyev: Yəni, dünya, Olimpiya çempionu ola bilər.

Gənc idmançı: İnşallah. Sizə söz veririk, Parisdə sübut edəcəyik, Allahın izni ilə. Çox sağ olun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*