Vətəndaşlar Nəsimi rayonu Bakıxanov və Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində yerləşən su kranından 2 aya yaxındır, su axmasından şikayətçidir.
Onlar iddia edir ki, problemlə bağlı dəfələrlə Fövqəladə Hallar Nazirliyinin çağrı mərkəzinə məlumat veriblər. Çağrı mərkəzi onları İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə yönləndirir, lakin qurumun əməkdaşları heç bir tədbir görmür.
Mövzu ilə bağlı KONKRET.az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuatı katibi Ceyhun Musaoğlu bildirib ki, artıq qeyd olunan ünvanda yaranan problemlə bağlı tədbir görülüb:
“Bizə qeyd olunan ünvandakı durumla bağlı məlumat daxil olub. Rayonun bu istiqamətində işləyən qəza briqadası işə cəlb olunub və problemin həllinə yönəlik tədbirlər həyata keçirilib. Tərəfimizdən əlavə məlumat veriləcək”.
Aygün Mirakif
KONKRET.az