Professor Əjdər İsmayılov vəfat etdibackend

Professor Əjdər İsmayılov vəfat etdi

Filologiya üzrə elmlər doktoru, professor, Yeni Azərbaycan Partiyasının qurucularından olan Əjdər İsmayılov vəfat edib

KONKRET.az xəbər verir ki, bu barədə professorun oğlu Cavid İsmayıl məlumat yayıb.

Əjdər İsmayılov 23 aprel 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1963–1965-ci illərdə Azərbaycan Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alıb.

1961–1977-ci illərdə Çomaxtur kəndində müəllim, məktəb direktoru, daxili işlər nazirliyinin, “Şərq qapısı” qəzetinin əməkdaşı, 1977–1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent və professor olub.

O, 300-ə yaxın elmi əsər, məqalə və müsahibənin müəllifidir. Eyni zamanda məşhur “91-lər”dən və Yeni Azərbaycan Partiyasının yaradıcılarındandır./apa

  • yusif
    Mart 14, 2022 - 01:55

    o kəndin əsl adı çomaxtur deyil, comardlı, yəni cömərdlidir..bu yanlış 1 addır…onasa rəhmət düşüb-düşmədiyini tək allagh bilir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*