PSJ azarkeşləri Messini fitə basdılar – Klub prezidentini istefaya səslədilərbackend

PSJ azarkeşləri Messini fitə basdılar - Klub prezidentini istefaya səslədilər

Fransanın PSJ klubunun azarkeşləri “Bordo”ya qarşı Liqa 1-in XXVIII tur matçında futbolçuları fitə basıblar.

KONKRET.az-ın məlumatına görə, fanatlar Kilian Mbappedən başqa, bütün oyunçuların əleyhinə şüarlar səsləndiriblər.

Paris təmsilçisinin İspaniyada “Real Madrid”ə 1:3 hesabı ilə uduzaraq, Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəni dayandırması tərəfdarların narazılığına səbəb olub. Onlar hətta klubun prezidenti Nasser Əl-Xəlaifini istefaya səsləyiblər.

Qeyd edək ki, PSJ – “Bordo” matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb./report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*