İdman geyimləri və ayaqqabıları, eləcə də müvafiq məhsullar istehsal edən Almaniyanın “Puma” şirkəti Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə əlaqədar Rusiya Federasiyasında məhsulların tədarükünü və mağazaların fəaliyyətini dayandırdığını açıqlayıb.
KONKRET.azxəbər verir ki, bu barədə şirkət tvitter səhifəsində bildirib.
“Biz məhsullarımızın Rusiyaya tədarükünü dayandırdıq. Rusiya Federasiyasındakı bütün mağazaların işini dayandırmaq qərarına gəldik”, – şirkət bildirib.
“Puma” həmçinin Rusiya Basketbol Federasiyası ilə müqaviləsini də dayandırdığını bildirib.
