Puqaçova və Lobodanın başına iş gəldi – Kinoteatrdan qaçdılarbackend

Puqaçova və Lobodanın başına iş gəldi – Kinoteatrdan qaçdılar

Moskvadakı “Oktyabr” kinoteatrının tamaşaçıları yanğın səbəbi ilə təxliyə edilib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı ura.ru-ya teatrın əməkdaşları ötürüb:

“Yanğın həyəcanı başladı, qonaqlar dərhal binadan təxliyə edildi”.

Səbəb kimi kassa zonasında qısa qapanmanın olması göstərilir.

İlkin məlumatlara görə, xilasedicilər gəlməmişdən əvvəl 2500-dən çox insan salondan çıxarılıb.

Evakuasiya “Buz 2” filminin premyerası zamanı baş verib.

“Super” nəşrinin məlumatına görə, qonaqlar arasında müğənnilər Alla Puqaçova və Svetlana Loboda, aktyorlar Aleksandr Petrov, Aqlaya Tarasova və digər ulduzlar olub.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*