Puqaçova və Qalkin Rusiyadan İNCİK DÜŞDÜ – Bütün əlaqələri KƏSİRLƏRbackend

Puqaçova və Qalkin Rusiyadan İNCİK DÜŞDÜ - Bütün əlaqələri KƏSİRLƏR

Puqaçova və Qalkin Rusiya ilə bütün əlaqələri kəsirlər.

KONKRET.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Alla Puqaçova Maksim Qalkinlə birlikdə tikdirdikləri Moskva yaxınlığındakı əfsanəvi malikanələrini 1 milyard rubla satışa çıxarıb.

Bir müddət əvvəl övladları ilə birlikdə Rusiyaya qısa müddətə qayıdan, sonra isə oranı tərk edən rusiyalı müğənni Alla Puqaçova indi evini satmağa hazırlaşır.

“Alla Puqaçova Qryaz kəndində satışa qəsr çıxarıb. Alla Borisovna bütün tabloidlərin əfsanəsi və Qryazın əsas cazibəsi üçün 1 milyard rubl istəyir. Bunun üçün o, Rusiyaya qayıdıb. Uşaqların məktəbdən sənədlərini də götürəcək”, – deyə Mash teleqram kanalı yazır.

Puqaçovanın Rusiyaya son səfərinin birbaşa Rusiya Federasiyası ilə bütün əlaqələri kəsmək qərarı ilə bağlı olduğu deyilir. Artıq o, evin satışı üçün sənədləri hazırlayıb, uşaqların sənədlərini məktəbdən götürüb.

Məlumdur ki, ev Moskva yaxınlığındakı Qryaz kəndinin mərkəzində yerləşir. Malikanənin sahəsi 2300 kvadratmetrdir. Ev altı mərtəbəli və 20 otaqlıdır. Hovuz, yeraltı qaraj, ayrıca qonaq evi, ailə teatrı var. Evə məxsus torpaq sahəsi bir hektardır.

Xatırladaq ki, bu yaxınlarda Maksim Qalkin Rusiya Federasiyasında “xarici agent” kimi tanınıb və siyasi fəaliyyətdə, Ukraynadan pul almaqda ittiham edilib.

Puqaçova ərinin tərəfini tutaraq Rusiya hökumətinə onun xarici agent kimi tanınması xahişi ilə müraciət edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*