Rusiya Prezidenti Vladimir Putin II Elizabetin dəfn mərasimində iştirak etməyəcək.
KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, Böyük Britaniya kraliçası II Elizabetin vida mərasimində Vladimir Putinin şəxsi iştirakı nəzərdə tutulmur.
Onun sözlərinə görə, ruslar kraliçanın müdrikliyinə və nüfuzuna görə hörmət edirdilər.
Xatırladaq ki, 8 sentyabr 2022-ci ildə Böyük Britaniya kraliçası II Elizabet 97 yaşında vəfat edib. O, 1952-ci ildə taxta çıxıb və 70 il ölkəni idarə edib. Böyük Britaniyada 10 günlük milli matəm elan edilib.
İqbal Rzayev,
KONKRET.az
