Putin İrəvanı Bakı qarşısında güzəştə hazırlayır – Sarkisyanbackend

Putin İrəvanı Bakı qarşısında güzəştə hazırlayır – Sarkisyan

Azərbaycanın Naxçıvan, daha sonra Türkiyə ilə əlaqəsini təmin edəcək Zəngəzur dəhlizi regional təhlükəsizliyə ciddi təsir edəcək.

KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Suren Sarkisyan deyib.

“Burada ən vacibi kimin təhlükəsizlik zəmanətçisi olacağıdır. Bu, çətin ki, biz olaq. Bu ya ruslar, ya da türklər olacaq”, – deyə o bildirib.

Sarkisyan türklərin Ermənistana nəzarəti təmin etmək, şimal-cənub hərəkətini tam nəzarətə almaq üçün dəhlizi tabelikləri altına almaq istədiklərini deyib. O, rusların bu nəzarəti Türkiyə-Azərbaycan əməkdaşlığını idarə etmək və öz mövqelərini gücləndirmək üçün arzuladığını bildirib:

“Türkiyə-Azərbaycan tandeminin Ermənistana təzyiqi İrəvanı zəif olduğu müddət ərzində daha sürətli güzəştlərə məcbur etmək üçündür. Putin bizi ağrılı güzəştlərə hazırlayır, bu isə o deməkdir ki, yol olacaq və bu, demarkasiya ilə paralel gedəcək. Eyni zamanda ruslar söz problemlərini nəzərə alaraq, zaman udmağa cəhd edirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*