Putin Jirinovski ilə belə vidalaşdı – VİDEObackend

Putin Jirinovski ilə belə vidalaşdı – VİDEO

Putin Jirinovski ilə “İttifaq Evi”nin sütunlu zalında vidalaşıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti mərasimə qırmızı qızılgül dəstəsi ilə gəlib. Prezident alayının mühafizəçilərinin iştirakı ilə vida mərasimi keçirilib

Qeyd edək ki, səhər saatlarında Xilaskar Məsihin Katedralində Jirinovskinin dəfn mərasimi keçirilib. Onun nəşini Moskvanın və bütün Rusiyanın patriarxı Kiril şəxsən aparıb.

Mərasimdə həmçinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Xabarovsk vilayətinin qubernatoru Mixail Deqtyarev, Dövlət Dumasında Liberal Demokrat Partiyasının fraksiya rəhbərinin müavini Yaroslav Nilov, fraksiya rəhbəri vəzifəsini icra edən Leonid Slutski və spikerin müavini iştirak ediblər.

Xatırladaq ki, rusiyalı siyasətçinin çərşənbə günü dünyasını dəyişdiyi açıqlanıb. Bunu Vyaçeslav Volodin Dövlət Dumasının plenar iclasında bildirib. Jirinovski 76 yaşına üç həftə qalmış həyatla vidalaşıb. O, koronavirusa yoluxmuş və ikitərəfli pnevmoniya diaqnozu xəstəxanaya yerləşdirilmişdi. Dəfn mərasimi saat 14:00-da Novodeviçi qəbiristanlığında olacaq.

Müşviq Tofiqoğlu,

KONKRET.az

  • Tahir
    Aprel 8, 2022 - 18:10

    Putin ona lazım olan ciddi bir qüvvəni itirdi. Jirik kral təlxəyi olsa da Putin ondan öz mənfur Blef siyasətini həyata keçirməkdə, onun dili ilə ətrafa hədə qorxu yatmaqdan ugurla istifadə edirdi və Jirik bu məsələlərdə əvəzedilməz idi.
    Məkanı cəhənnəm olsun. Putini də tezliklə yanına aparsın inşallah. Amin

  • Tahir
    Aprel 8, 2022 - 18:18

    Bu mənfur və əsil ünsür olan itoglu Jirik saglam görünürdü və tezliklə ölənə oxşamırdı. Güman edirdim ki, hələ bu uzun illər ətrafına hürəcək, iyrənliklər səpməkdə davam edəcək. Məyus olurdum. Amma nə etsən də Tanrı özü hər şeyi özü vaxtında yoluna qoyur. Sanki Jirikin tabutu önündə duran Putlerə elə gəlir indi o tabutda durub bir bogaz da olsa hürəcək….

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*