Putin payız çağırışını bir ay təxirə saldıbackend

Putin payız çağırışını bir ay təxirə saldı

Rusiya prezidenti Vladimir Putin 2022-ci ilin noyabr-dekabr aylarında hərbi xidmətə çağırış haqqında fərman imzalayıb.

KONKRET.az xəbər verir ki, sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.

Sərəncama əsasən, payız çağırışı noyabrın 1-dən başlayacaq və ilin sonunadək davam edəcək, 120 min nəfər çağırılacaq.

“2022-ci il noyabrın 1-dən dekabrın 31- dək ehtiyatda olmayan və hərbi xidmətə çağırılmağa tabe olan 18-27 yaş arası Rusiya Federasiyası vətəndaşlarının hərbi xidmətə çağırışı həyata keçirilsin”, – sənədin mətnində deyilir.

Həmin fərmanla çağırış üzrə xidmət müddəti başa çatmış əsgərlər, matroslar, çavuşlar və komandirlər hərbi xidmətdən xaric edilirlər. Fərman rəsmi dərc edildiyi gündən qüvvəyə minir.

Payız çağırışına bu il oktyabrın 1-dən başlanmalı idi.

Bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkədə həyata keçirilən qismən səfərbərliyin çağırışçılara təsir etməyəcəyini bildirmişdi . Hökumət portalı izah edib ki, çağırışçılar yalnız ehtiyata buraxıldıqdan sonra səfərbər oluna bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*