“Putin psixi xəstədir, nüvə silahı ata bilər” – Rəsul Quliyevdən ŞOK SÖZLƏRbackend

"Putin psixi xəstədir, nüvə silahı ata bilər" - Rəsul Quliyevdən ŞOK SÖZLƏR

“Mənim yaşımda olanlar Sovet rejimini və bu rejimin idealogiyasını çox yaxşı xatırlayırlar. Xüsusilə, mən yaşda (yəni 29 yaşından) yüksək vəzifələrdə işləmişlər bu rejimin əcaibliyini çox yaxşı bilir, rejimdən salamat çıxa bilməsinə özü təccüblənir. Tələbə olandan bu günə qədər, heç vaxt heç kimə yaltaqlanmayan, şərəfinə mədhiyyələr söyləməyən birisinin (Kimlərisə tərifləmişəm ürəkdən.Heç vaxt boğazdan yuxarı təriflərim olmayıb) saxtalıq üzərində qurulmuş bu ölkənin daxilində “perestroyka”ya qədər salamat qalmağının əsl səbəblərini bu günə qədər hələ özüm də axıra qədər anlamamışam”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sabiq spikerin olmuş siyasətçi Rəsul Quliyev deyib.

O bildirib ki, Putin psixi xəstədir və həqiqətən nüvə silahından istifadə edə bilər:

“Qorbaçovun başladığı və Yelsinin davam etdirdiyi “perestroyka” olmasaydı, bu gün Putin kimi bir KGB mayoru (o pensiyaya gedəndə podpolkovnik rütbəsini verdilər) gəlib Rusiya boyda bir ölkənin prezidenti ola bilməzdi.

Birincisi, heç vaxt istefa verməzdi və 10 ildən sonra maksimum polkovnik rütbəsində pensiyaya gedərdi. İndi tarixin təsadüflərinin nəticəsində belə bir insan bütün bəşəriyyəti nüvə ölümü ilə hədələyir. Məsələ boş-boşuna hədələməyi şişirtməkdən getmir. Bu adam həqiqətən psixi xəstədir və bu işi görə bilər. Sovet dövründə siyasi büro var idi. Atom bombasını işlətməyə o icazə verə bilərdi. İndi bütün səlahiyyətlər bu adama verilib. O, öz hərəkətlərini heç kimlə razılaşdırmaya bilər. Təsəvvür edirsiniz, 1979-cu ildə Baş Katib Brejnev Sovet qoşunlarının Əfqanıstana girməsinin əleyhinə idi. Ancaq müdafiə naziri Ustinov və XİN rəhbəri Qromıko onu məcbur etdilər. Bu yazı bir neçə hissədən ibarət olacaq.Hələ giriş kimi buradan başlayıram”…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*