Putin Soçidə Mahmud Abbasla görüşəcəkbackend

Putin Soçidə Mahmud Abbasla görüşəcək

Rusiya prezidenti Vladimir Putin Soçidə Fələstin lideri Mahmud Abbasla danışıqlar aparacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib.

“Liderlər Rusiyanın Fələstin-İsrail nizamlanması üçün göstərdiyi səyləri nəzərə alaraq, ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini və Yaxın Şərq regionundakı vəziyyəti nəzərdən keçirəcəklər”, – məlumatda deyilir.

Bundan əvvəl Fələstin Xarici İşlər Nazirliyinin rəhbəri Riyad əl-Maliki məlumat vermişdi ki, məsləhətləşmələr zamanı Fələstin lideri bir sıra beynəlxalq və regional problemlərə, o cümlədən Yaxın Şərqdəki münaqişənin həllinə toxunmağı planlaşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*