Putin Ukrayna ilə bağlı strategiyanı kökündən dəyişib – Kremlin yeni planı Kiyev və Qərbi “diz çökdürəcək”backend

Putin Ukrayna ilə bağlı strategiyanı kökündən dəyişib – Kremlin yeni planı Kiyev və Qərbi “diz çökdürəcək”

Rusiya Ukraynanın denazifikasiyası və demilitarizasiyası üzrə xüsusi əməliyyatın gedişində Qərblə gələcək qarşıdurmaya yönəlmiş bir sıra mühüm geosiyasi tədbirlər həyata keçirir.

KONKRET.az xəbər verir ki, bu qənaətə “Moskovski Komsomolets” nəşrinin jurnalistləri gəlib. Məqalə müəllifləri Moskvanın yeni xarici siyasət qərarları barədə ətraflı danışıblar. Həmçinin Rusiyanın Ukrayna ilə bağlı strategiyasını kökündən necə dəyişdirdiyini izah ediblər:

“Moskva öz milli maraqlarını qorumaq üçün qarşıya qoyulan bütün vəzifələrin yerinə yetirilməsinə çalışır. Rusiya Ukraynaya “Zaporojye” AES-dən elektrik enerjisi almağı təklif etməklə artıq yeni strateji planlarını həyata keçirməyə başlayıb. Moskvanın bu bəyanatı Kiyev üçün tələdir. Çünki Ukrayna hakimiyyəti dalandadır, lakin onlar bu cür təklifləri reaksiyasız qoya bilməzlər. Rəsmi Kiyev ya regionun yeni sahiblərinə (Rusiya) elektrik enerjisi üçün pul ödəməli və bununla da onların legitimliyini faktiki olaraq tanımalı, ya da qürurla bundan imtina etməli olacaq” – məqalə müəllifləri bildirirlər.

“Moskovski Komsomolets”in yazdığına görə, Kiyev emosiyalara boyun əyəcək və Rusiya qazının Avropaya tranzitini əngəlləmək qərarına gələcək. Bu cür tədbirləri həyata keçirən Ukrayna hakimiyyəti Rusiyanın hiyləgər tələsinə düşəcək. Rusiya qazı olmadan Brüssel “Şimal axını 2”nin işə salınması imkanlarını nəzərdən keçirmək məcburiyyətində qalacaq. Rusiyanın həyata keçirməyi planlaşdırdığı yeni taktika çox güman ki, yaxın gələcəkdə öz bəhrəsini verəcək. Ukrayna və Avropa Moskvanın təzyiqlərinə qarşı çıxa bilməyəcəkləri üçün Kremlin şərtləri ilə razılaşmaq məcburiyyətində qalacaqlar” – məqalədə deyilir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*