Rusiyanın Xəzər dənizi üzrə Yüksək Səviyyəli Beynəlxalq İşçi Qrupdakı nümayəndəsi dəyişib.
KONKRET.az Rusiya hökumətinin saytına istinadən xəbər verir ki, Prezident Vladimir Putinin sərəncamı ilə İqor Bratçikov nümayəndə vəzifəsindən azad edilib. Onun yerinə Mixail Petrakovu təyin olunub.
İşçi qrup 2018-ci ildə Xəzəryanı dövlətlərin başçılarının Qazaxıstanda keçirilən 5-ci zirvə toplantısında təsis edilib. Onun ilk iclası 2019-cu ildə keçirilib.
