“Mən Baydenlə həqiqətən onun dediyi kimi tanışam. Ona sağlamlıq arzulayıram”.
KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenin onun haqqında fikirlərinə münasibətində bildirib.
“Biz digər ölkələri və insanları qiymətləndirdikdə, bu, bir növ güzgüyə baxmış kimi oluruq. Başqalarına ad verənlər, özləri elə adlanırlar”,- deyə Putin qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden ABC telekanalına müsahibəsində Rusiya rəhbərliyinin ABŞ seçkilərinə müdaxiləyə görə cavab verməli olacağını bildirib.
