Putindən Şarl Mişelə: “Zelenski ilə görüş yalnız bu halda baş tutacaq”backend

Putindən Şarl Mişelə: “Zelenski ilə görüş yalnız bu halda baş tutacaq”

Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə danışııb. 

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, söhbət zamanı Putin bildirib ki, onun Zelenski ilə görüşü danışıqlar aparan nümayəndə heyətlərinin işinin nəticələrindən asılıdır:

Vladimir Putin əlavə edib ki, Ukrayna danışıqlar prosesində uyğunsuzluq nümayiş etdirir və qarşılıqlı məqbul həll yollarını axtarmağa hazır deyil.

Kremlin məlumatına görə, Putin Şarl Mişeli əmin edib ki, Mariupolda silahı yerə qoyanların hamısı əfv ediləcək və onlara qarşı silah tətbiq olunmayacaq. Mişel isə öz növbəsində Rusiya prezidentini pravoslav Pasxa bayramı ilə əlaqədar Mariupol və digər şəhərlərdə humanitar dəhlizlər açmağa çağırıb.

Söhbət zamanı Dağlıq Qarabağdakı vəziyyət də müzakirə olunub.

Kreml telefon danışığının nə qədər davam etdiyini açıqlamasa da, prosesin uzun sürdüyü vurğulanıb. Dialoqun kimin təşəbbüsü ilə baş tutduğu barədə məlumat verilmir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*