“Rusiya Qarabağda əbədi qalmaq üçün bəhanə axtarır”.
KONKRET.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Orxan Fikrətoğlu bildirib. Onun sözlərinə görə, “Jirinovski ilə Vahabzadənin məlum söz güləşi həmin bu bəhanə deyil.
Bununla belə Rusiyada bizim əleyhimizə olan imper ambisiyalı medik elektorat xeyli aktivləşib. Azərbaycan tələb olunan “başları,” siyasi suyun başında mifik əjdaha kimi oturmuş rus siyasi iştahına bu gün qurban verərsə, sabah daha ciddi başları da qurban verməli olacaq.
Bu gün “Jirinovski dilli” Rusiyanın cavabını, artıq baş tutmuş yeni geopolitik mənzərəyə rəğmən Azərbaycanın ciddi diplomatiyası daha tutarlı dəlillərlə verməliydi. Bunu Vahabzadə etdi. Amma Rusiya ilə Azərbaycan arasında baş vermiş bu ovqat böhranının günahı daha çox Azərbaycanın media sərhədsizliyindədir.
Jirinovski Azərbaycanla bağlı dediyi fikirlərini öz təlxək slenqində Rusiyanın daxili auditoriyasına ünvanlamışdı. Amma bu fikirlər həmin an Azərbaycanın media məkanının da seqmenti oldu. Ona görə ki, Sovetlər dağılandan bu günə qədər Rusiya hələ də Azərbaycan mediasının gündəmini yaradanlardan biridir. Bu gün “Paşinyandan öc alan Rusiya cəmiyyətinin Azərbaycana qarşı təşkilatlanması ən çox kimə sərf edir”sualı düşünürəm çox sadəlöv sualdır. Amma bu sualın səhv cavabını gündəmə artıq gətiriblər.
Hökümətə, əsasən də XİN-ə vəziyyəti stabilləşdirmək üçün gərgin işləmək lazım gələcək. Heç bir nöqtədə güzəştə getmək olmaz. Amma işin yaxşı tərəfi budur ki, Putinin hələ ki, bölgə ilə bağlı planları pozulmayıb. Bəs bizim?”.
Natiq Səlim,
KONKRET.az
