“NATO Rusiyaya qarşı təcavüz etmək niyyətində deyil”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken deyib. O hesab edir ki, Şimali Atlantika Alyansı Rusiyaya qarşı aqressiv addımlar atmaq niyyətində deyil:
“Düşünürəm, ən mühüm şeyi Putin görmür, yaxud görməzlikdən gəlir. Bu, NATO-nun müdafiə ittifaqı, şəffaf ittifaq olmasıdır. Bu, Rusiyaya qarşı yönəlmiş, Kremlə qarşı aqressiv addımlar atmaq niyyətində olan alyans deyil” – Blinken vurğulayıb.
Onun sözlərinə görə, son illər bu regionda müşahidə edilən yeganə təcavüz təəssüf ki, Rusiyadan gəlib: “Əvvəlcə Gürcüstana, sonra isə Ukraynaya təcavüz edib. Hazırda mövcud olan yeganə təhlükə Rusiyanın Ukraynaya qarşı yeni təcavüzüdür. Biz bunun baş verməməsini həqiqətən istəyirik” – deyə o bildirib.
Blinkenin sözlərinə görə, Moskvanın hərəkətləri NATO-nu müdafiəsini gücləndirməyə məcbur edib. “Prezident Putin bunu nəzərə almalıdır və əgər təhlükəsizliklə bağlı qorxuları varsa, o zaman təxribat xarakterli hərəkətlərə əl atmamalı və Alyansı müdafiəsini gücləndirməyə məcbur etməməlidir” – Blinken fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
