Putinlə Baydenin 2 saat 1 dəqiqə çəkən görüşü: Rusiya Ukraynaya hərbi müdaxilə edəcək? – AÇIQLAMAbackend

Putinlə Baydenin 2 saat 1 dəqiqə çəkən görüşü: Rusiya Ukraynaya hərbi müdaxilə edəcək? - AÇIQLAMA

Putinlə Baydenin 2 saat 1 dəqiqə çəkən görüşü başa çatdıqdan sonra,  Ağ Evin yaydığı məlumatda bildirilib ki, ABŞ prezidenti rusiyalı həmkarına “Ukraynaya hərbi müdaxilə olacağı təqdirdə, güclü iqtisadi sanksiyaların tətbiq ediləcəyini” deyib. Bayden Moskvanı “diplomatiyaya qayıtmağa” dəvət edib.

Mövzunu KONKRET.az-a şərh edən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, görüşdən öncə avropalı müttəfiqləri ilə danışan Baydenin onlara nəticələr haqqında da məlumat verəcəyi bildirilir: “Vaşinqton da bilir ki, Rusiya Ukraynaya hərbi müdaxilə etməyəcək. Lakin gərginlik davamlı olacaq. Rusiya davamlı “hərbi müdaxilə” görüntüsü yaradacaq, ABŞ sanksiyalar və digər addımlarla xəbərdarlıqlar edəcək”.

Asif Nərimanlı » Qaynarinfo.az

Asif Nərimanlı əlavə edib ki, Ukrayna sərhədlərinə ordu toplayan Putin bununla Kiyevin separatçılara hücumunu əngəlləmək, Baydenin “rus təhlükəsi”nə qarşı avropalı müttəfiqlərini toplamaq siyasətini izləmək istəyir. Hələki hər ikisi istədiyini alır.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*