Putinlə Koçaryan arasında telefon danışığı oldu – TƏFƏRRÜATbackend

Putinlə Koçaryan arasında telefon danışığı oldu - TƏFƏRRÜAT

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan arasında may ayında telefon danışığı olub.

KONKRET.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” Moskvadakı mənbələrinə istinadən məlumat verib.

Söhbət bir neçə gün əvvəl, may ayında Koçaryan Rusiyada işgüzar səfərdə olarkən baş tutub.

Keçmiş prezidentin ofisinin rəhbəri Viktor Soqomonyan məlumatı təsdiqləyib:

“Doğrudan da, uzun bir telefon danışığı oldu, həmsöhbətlər bir sıra məsələləri, xüsusən də bölgədəki vəziyyəti və Ermənistan-Rusiya münasibətlərini müzakirə etdilər”.

Bu, Putinlə Koçaryan arasında bu il baş tutan üçüncü telefon danışığıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*