“Qadınlara yasaq edilən məşğulluq sahələri bir qədər azaldılmalıdır” – Sosioloqdan AÇIQLAMA – ÖZƏLbackend

"Qadınlara yasaq edilən məşğulluq sahələri bir qədər azaldılmalıdır" - Sosioloqdan AÇIQLAMA - ÖZƏL

Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Müasir dünyada qadın azadlığı və haqqlarının müdafiəsi ön plana çəkilir. Bəs görəsən Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında rolu hansı səviyyədədir?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını sosioloq Üzeyir Şəfiyev cavablandırıb. O bildirib ki, qadınların cəmiyyət həyatında rolu yüksək qiymətləndirilməlidir: “Azərbaycan qadını ən yüksək qiymətə layiqdir. Qadınlarımızın Azərbycan xalqının taleyində, genofondunda və tarixində böyük xidmətləri olub. Elə bu gün də qadınlarımızın ictimai-siyasi həyatda, idarəçilikdə xidmətləri danılmazdır. Qanunverici orqanda, qərar qəbul etmə sistemində qadınların fəaliyyəti böyükdür. Dövlət başçısı da bu məsələyə xüsusi diqqət yetirir. Son dövrlərdə qadınların ictimai fəallığının daha da artması müşahidə edilir. Təhsil sistemində qadınların fəaliyyəti göz qabağındadır. Eyni zamanda icra sistemində xanımların payı artan dinamika ilə inkişaf edir. Bu gün Azərbaycanda qadınların cəmiyyət həyatında rolu yüksək qiymətləndirilməlidir. Ən vacib məsələ qadınların təhsil almasıdır. Çünki təhsil alan qadın cəmiyyətin ümumi inkişafına böyük töhfə verir”.

Toyların olmaması əhalinin demoqrafik artımına mənfi təsir edəcək – SOSİOLOQLAR NARAHATDIR (MÜSAHİBƏ) - Günün Səsi

Sosioloq qadınların rastlaşdığı problemlərdən də söz açıb: “Bütün bunlarla yanaşı qadınlarımızın bu gün cəmiyyətdə qarşılaşdığı bir sıra problemlər var. Regionlarda qızlarımız təhsildən yayındırılaraq erkən nikaha cəlb olunur. Təəssüf ki, bunların qarşısı hələ də alınmayıb. Qadınların bütün sahələr üzrə məşğulluğu təmin edilməlidir. Xüsusi sahələr var ki, orada işləməyə xanımlara qadağa qoyulub. Azərbaycanda 38 məşğulluq sahəsi var ki, qadınlar burada işləyə bilməz. Fikrimcə bu məsələyə yenidən baxılmalıdır. Vaxtilə ağır zəhmət tələb edən sahələrdə qadın əməyinə qarşı müsbət diskriminasiya var idi. Amma güman edirəm ki, elmi texniki tərəqqinin inkişafı fonunda həmin sahələrə qadınların inteqrasiyasına yenidən baxıla bilər. Qadınlara yasaq edilən məşğulluq sahələri bir qədər azaldılmalıdır. Zənnimcə həmin istiqamətdə addımların atılmasına ehtiyac var. Azərbaycan cəmiyyətini səciyyələndirən ən böyük cəhət onun ailə dəyərləridir. Ailə dəyərlərinin qorunmasında qadınlarımızın rolu çox böyükdür. Biz bu ənənələrimizi qoruyub saxlamalıyıq”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*