“Qadınları, uşaqları və qocaları təxliyə etməyə çalışırıq” – Vereşçukdan KRİTİK Mariupol AÇIQLAMASIbackend

"Qadınları, uşaqları və qocaları təxliyə etməyə çalışırıq" - Vereşçukdan KRİTİK Mariupol AÇIQLAMASI

Ukrayna baş nazirinin müavini İrina Vereşçuk Rusiya qüvvələrinin mühasirəsində olan Mariupoldan qadın və uşaqları təxliyə etməyi planlaşdırdıqlarını açıqlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Vereşçuk deyib:

“Mariupolda bu gün yenidən qadınları, uşaqları və qocaları təxliyə etməyə çalışırıq. İndi Port City Ticarət Mərkəzinin yaxınlığındakı dairəvi yolda toplaşmağa başlayırıq. Əgər hər şey yolunda gedərsə. evakuasiyaya saat 00:00-da başlayacağıq”.

Xatırladaq ki, Vereşçuk dünən marşrutlardakı təhlükə səbəbindən humanitar dəhlizin olmayacağını açıqlamışdı: “Təxliyəni gözləyən hər kəsə müraciət edirəm! Səbirli olun, lütfən gözləyin” – deyə Vereşçuk vurğulamışdı.

Qeyd edək ki, Ukrayna baş nazirinin müavini Rusiya qoşunlarının intensiv bombardmanı səbəbindən Mariupolda təxliyyə gözləyən insanları xilas etməyin mümkün olmadığını açıqlamışdı.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*