“Qalatasaray”ın futbolçusu Hakim Ziyeş zədələnib.
KONKRET.az xəbər verir ki, klub yarımmüdafiəçinin 3 həftə meydana çıxa bilməyəcəyini açıqlayıb.
Ziyeş Mərakeş millisinin heyətində olarkən zədə alıb. 31 yaşlı yarımmüdafiəçinin baldır əzələsindən zədə aşkarlanıb. vakansiya
Qeyd edək ki, “cim-bom” Superliqanın 5-ci turu çərçivəsində sentyabrın 14-də “Çaykur Rizəspor”la qarşılaşacaq.