Qanunsuz işləyən mikroavtobuslar peyda olub – Yol polisindən ÇAĞIRIŞbackend

Qanunsuz işləyən mikroavtobuslar peyda olub - Yol polisindən ÇAĞIRIŞ

Bakıda həftəsonları qanunsuz işləyən mikroavtobuslar peyda olub.

KONKRET.az xəbər verir ki, bunu Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov trend-ə deyib.

V.Əsədov həmin mikroavtobusların qanunsuz fəaliyyət göstərdiyini vurğulayaraq insanları diqqətli olmağa çağırıb.

O qeyd edib ki, həmin hallar xüsusilə Bakı-Sumqayıt, Bakı-Abşeron istiqamətində müəyyən edilib.

Onun sözlərinə görə, “20 Yanvar” dairəsində polis əməkdaşları bu halların qarşısını almaq üçün zəruri tədbirlər görür:

“Həmin mikroavtobuslar insanlarla əvvəlcədən sövdələşərək onları yığır və ara küçələrlə hərəkət edərək Sumqayıta və digər ərazilərə qanunsuz sərnişin daşıyırlar. Qanunsuz və gizli işlədikləri üçün yol-hərəkət qaydalarını da kobud şəkildə pozurlar və avtomobili təhlükəli sürürlər. İnsanları bu cür qanunsuz fəaliyyət göstərən mikroavtobuslardan istifadə etməməyə çağırıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*