Qarabağda bıçaqlanma: Erməni gənc öldübackend

Qarabağda bıçaqlanma: Erməni gənc öldü

Tərtər rayonunun Ağdərə qəsəbəsinin ermənilər yaşayan hissəsində gənclər arasında baş verən bıçaqlanma nəticəsində bir nəfər ölüb.

KONKRET.az bu barədə “Sputnik Armeniya”ya istinadən xəbər verir.

Məlumata görə, iki nəfər arasında mübahisə düşüb. Tərəflərdən biri o birini mətbəx bıçağı ilə bıçaqlayıb. Nəticədə 28 yaşlı gənc ölüb.

Hadisə ilə bağlı cinayət işi başlanılıb, məhkəmə-tibbi ekspertiza təyin edilib.

  • Həsənov Ələsgər Abış oğlu
    Fevral 18, 2021 - 14:43

    Başa düşə bilmirəm, cinayət işi və məhkəmə-tibbi ekspertiza hansı respublikanın müvafiq orqanları tərəfindən aparılır? Bunlara aydınlıq gəlsəydi insanlarımız rahatlaşardı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*