Qarabağda mövqe müharibəsi gedir – ŞƏRHbackend

Qarabağda mövqe müharibəsi gedir - ŞƏRH

Artıq Qarabağda mövqe müharibəsi başlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə teleqram sosial şəbəkəsinin Azərbaycan seqmentində vurğulanıb.

Həmin fikirlərdə qeyd edilir ki, mövqe müharibəsi birinci növbədə düşməni yorub, onu ekonomik cəhətdən rəzil etmək və eyni zamanda onun çəmiyyətində daim qorxu  və stress vəziyyətdə saxlamag ücün istifadə olunur.

Bu tip süründürücü müharibə adətən iqtisadiyyatı zəif və insan ressursları məhdud olan rəqibə qarşı istifadəsi tam effektli olur. Adətən mövqe savaşı bütün təmas xəttində eyni zamanda başlayır və intensiv atışmalarla müşahidə olunur.

Necə ki, bu hazırda məlum istiqamətlərdə baş verir. Güclü tərəf bütün cəbhə xəttində eyni anda düşmənə tərəf qazıntı-bərkitmə işiləri apararaq mövqelərini düşmən mövqelərinə yaxınlaşdırır. Məsafə kritik həddə catanda düşmən şəxsi heyətinin azlığını, rəqib sayınınsa coxluğunu nəzərə alıb öz mövqelərinin yuzlərlə metr arxasında, yeni dayaq nöqtələri yaratmağa məcbur olur.

Düşmən bunu ona görə edir ki, təmas xətti yaxın olarkən, müasir silah və döyüş texnikası ilə təchiz olunmuş, hərbi hazırlığı yüksək səviyyədə olan və say cəhətdən düşməni dəfələrlə üstələyən rəqib hər zaman düşmən səngərlərinə basqı əməliyyatı kecirib yağını cox asanlıqla gəbərdə bilir.

Bunu nəzərə alan düşmən əvvəlki istehkamlarını, dayaq nöqtələrini və səngər xətlərini buraxıb arxada yeni yaratdığı cəbhə xəttinə cəkilir, rəqib isə irəliləyərək onun köhnə səngərlərindəki mövqelərində yerləşir. Həmçinin nəzərə almaq lazımdır ki, bu əməliyyatda düşmən tərəfi ara-sıra itkilər verir.

Çünki kasıb dövlət öz təmas xətlərinə lazımı müasir texnika göndərə bilmədiyinə görə (təmas xətti uzundur) erməni əsgərləri əl əməyindən istifadə edirlər. Bu isə etibarsız, yorucu və təhlükəlidir.

Bir çox hallarda düşmən yeni mövqelərində dərin qazıntı apara bilmir, bərkitmə işlərini apararkən və ətrafı minalayarkən isə rəqib snayperlərinin qurbanı olurlar.

Bəs mövqe irəliləmələri nə vaxta kimi davam edə bilər? Cavab aydın və çox sadədir! Qarabağda bu tip savaş Ermənistan hərbçilərinin ərazilərimizdən cixib rədd olmayana qədər davam edəcək. Ara-sıra mücadilədə səngimələr ola bilər, ancag dayanma ehtimalı dəmək olar ki sıfıra bərabərdir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*