“Qarabağdakı məğlubiyyətin planlaşdırılması ilə bağlı əsaslı şübhələr var” – KOÇARYANbackend

"Qarabağdakı məğlubiyyətin planlaşdırılması ilə bağlı əsaslı şübhələr var" - KOÇARYAN

“Qarabağdakı məğlubiyyət planlaşdırılıb. Bununla bağlı əsaslı şübhələr var”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryan Rusiya mətbuatı üçün keçirdiyi mətbuat konfransında bildirib.

“Həm müharibə dövründə, həm də əsasən ondan sonra hökumətin və şəxsən baş nazirin hərəkətləri ilə bağlı çox ciddi şübhələr var. Bu barədə fikirlərimi iki general-polkovnik, üçüncü prezident və bir çox başqa şəxslər də təsdiqləyə bilər.

“Müharibənin 3-cü günü Silahlı Qüvvələri təmin edəcək səfərbərliyin əsas komponenti niyə dayandırıldı? Niyə təcrübəli hərbi zabitlər, generallar, polkovniklər dəyişdirildi, ya da müharibədən əvvəl vəzifədən çıxarıldı? Paşinyan oktyabrın 4-də Baş Qərargah vasitəsilə müharibədə məğlub olacağını bilə-bilə oktyabrın 19-da Vladimir Putinin təklifini qəbul etmədi. Bütün bunlar istintaq orqanları tərəfindən araşdırılmalıdır. Cavablar olmadığı təqdirdə, hər hansı bir fərziyyə ortaya çıxa bilər.”, – deyə Koçaryan vurğulayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*