“Qardaşlarımızı öldürməyə getməyəcəyik!” – Rusiyada hərbi komissarlığı YANDIRDILAR – VİDEObackend

“Qardaşlarımızı öldürməyə getməyəcəyik!” - Rusiyada hərbi komissarlığı YANDIRDILAR - VİDEO

“Qardaşlarımızı öldürməyə getməyəcəyik!”.

KONKRET.az  xəbər verir ki, Rusiya Federasiyasında Ukraynada müharibəyə getməmək üçün hərbi komissarlığı yandırıblar.

Belə bir aktın məqsədi ehtiyatda olan hərbi qulluqçuların şəxsi məlumatları olan arxivin məhv edilməsi olub.

Moskva vilayətinin Luxovitsı şəhərində naməlum şəxs Ukraynaya müharibəyə getməmək üçün hərbi komissarlığı yandırıb.

Ondan əvvəl naməlum şəxs yerli hərbi komissarlığın darvazalarını Ukrayna bayrağının rənglərinə boyayıb.

“Mən darvazanı Ukrayna bayrağının rənglərinə boyadım və yazdım: “Qardaşlarımı öldürməyəcəyəm!”

Bundan sonra hasarın üstündən keçdim, fasada benzin tökdüm, pəncərələri sındırdım və içərilərinə “Molotov kokteyli” atdım”, – deyə Rusiya Federasiyasının hərbi komissarlıqlarından birinə hücum edən rus yazıb.

Binanı yandıran rus həmçinin insanları sərt addımı atmağa çağırıb, çünki küçə etirazları istənilən nəticəni vermir.

Qeyd edək ki, daha əvvəl bildirilmişdi ki, Rusiyada səfərbərlik cəhdi Putinin rejimini bitirəcək. Bu fikri Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Aleksiy Aretoviç deyib. Onun fikrincə, Rusiya Federasiyasında səfərbərlik tətbiq olunarsa, Putin üçün həqiqəti gizlətmək çətinləşəcək və ruslar işin pis olduğunu başa düşəcəklər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*