Qarlı hava yol qəzalarına səbəb oldu – FOTObackend

Qarlı hava yol qəzalarına səbəb oldu - FOTO

Biləsuvar rayonunda qarlı hava şəraiti yol-nəqliyyat hadisəsinə səbəb olub.

KONKRET.az xəbər verir ki, hadisələr köhnə Ələt-Astara avtomobil yolunun rayonun Xırmandalı kəndindən keçən hissəsində baş verib.

Belə ki, “Mersedes sprinter” markalı yük və “Nissan X-Trail” markalı minik avtomobili idarəetmənin itirilməsi səbəbindən yolun kənarına aşıb.

Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən əraziyə texnika cəlb olunub və avtomobillər oradan çıxarılıb, digər zəruri köməkliklər göstərilib.

Hadisə nəticəsində bir nəfər yüngül xəsarət alıb.

Qarlı hava Biləsuvarda qəzalara səbəb oldu - FOTOLAR

Qarlı hava Biləsuvarda qəzalara səbəb oldu - FOTOLAR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*