Qazax nazir: Xəzərin səviyyəsi sürətlə azalırbackend

Qazax nazir: Xəzərin səviyyəsi sürətlə azalır

Xəzər dənizinin səviyyəsinin azalması kritik həddə çatıb.

KONKRET.az xəbər verir ki, bu sözləri Qazaxıstanın ekologiya, geologiya və təbii sərvətlər naziri Maqzum Mirzaqaliyev deyib.

Xəzər dənizinin xüsusi diqqət tələb etdiyini bildirən nazir 2006-cı ildən dəniz səviyyəsində azalma müşahidə olunduğunu, 2020-ci ilə qədər dəniz səviyyəsinin Baltik koordinat sisteminə görə 28,23 metrə çatdığını deyib.

Onun sözlərinə görə, dəniz səviyyəsindəki azalma mənfi 28,5 metrə çatıb ki, bu da Xəzər dənizinin ekosisteminin qorunmasına təsir göstərir.

M. Mirzaqaliyev bu vəziyyətin, xüsusən Qazaxıstan sektorunda Xəzər dənizinin sahil xəttinin mövqeyinin dəyişməsinə səbəb olduğunu da qeyd edib. Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*