Qazaxda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar varbackend

Qazaxda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var

Qazax rayonunun Aslanbəyli kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, “VAZ-2107” markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı dirəyə çırpılması nəticəsində 2003-cü il təvəllüdlü K.Həsənov və 2002-ci il təvəllüdlü S.Misirməmmədov xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*