Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə Qazax şəhərinin mərkəzində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” ilə “Hyundai” markalı minik maşınları toqquşub. Qəza zamanı xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
