Qazaxıstan prezidenti Kasım Comert Tokayev, adı dəyişdirilərək Nursultan olan paytaxtın Astana adlandırılmasını təsdiqləyib.
KONKRET.az xəbər verir ki, Qazaxıstan parlamentinin aşağı palatası olan Assambleyada o, ölkənin paytaxtının keçmiş adı olan Astananın geri alınmasını təklif edib.
Qazaxıstan Prezidentinin mətbuat katibi Ruslan Çeldibayın bu gün verdiyi açıqlamada məsələ ilə bağlı dövlət başçısına məlumat verildiyi qeyd edilib. Prezidentin sözçüsü təklifin ölkə başçısı tərəfindən qəbul edildiyini bildirib. “Eyni zamanda, prezident Nursultan Nazarbayevin Qazaxıstanın dövlət kimi güclənməsində və paytaxtın formalaşmasında həlledici rolunu tarixi fakt kimi qiymətləndirir”, – Çeldibay bildirib.
Çeldibay bildirib ki, bu səbəbdən qurucu prezident Nazarbayevin adını daşıyan digər obyektlər öz adlarını qorumalıdır.Qazaxıstanın keçmiş prezidenti Nazarbayev ölkəni 30 ilə yaxın idarə etdikdən sonra 2019-cu ilin martında vəzifəsindən istefa verib. Vəzifəsinin başına keçən prezident Kasım Comert Tokayev Nazarbayevin adının paytaxta verilməsini təklif edib.
14:45
Qazaxıstanın paytaxtı Nur-Sultana yenidən Astana adı qaytarıla bilər.
KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Ruslan Jeldibay məlumat verib.
O bildirib ki, təklif Konstitusiya Şurasına baxılması üçün təqdim edilib.
Onun sözlərinə görə, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin adını daşıyan digər obyektlərin adı dəyişdirilməyəcək.
“Bu təşəbbüslə bağlı prezidentə məlumat verən deputatlar da öz növbəsində əhali ilə görüşlər zamanı dəfələrlə səslənən təkliflərə, habelə referendum zamanı vətəndaşların çoxsaylı müraciətlərinə əsaslanıb. Parlamentarların təklifi dövlət başçısının razılığı ilə Konstitusiya qanunu layihəsinə daxil edilib”, – deyə Jeldibay özünün “Facebook” səhifəsində yazıb.
Mətbuat katibi qeyd edib ki, respublika rəhbəri Qazaxıstanın inkişafında Nazarbayevin rolunu tarixi hesab edir.
“Birinci prezidentin adına olan digər obyektlər öz adlarını saxlamalıdır”, – deyə o əlavə edib.
Qeyd edək ki, sentyabrın 2-də “Yeni Qazaxıstan” parlament qrupu Nur-Sultanın əvvəlki adına – Astanaya qaytarılmasını təklif edib. Qazaxıstan paytaxtının adı 2019-cu ilin martında respublikanın ilk prezidenti Nursultan Nazarbayevin şərəfinə dəyişdirilib. Bundan əvvəl şəhər bir neçə dəfə adını dəyişib. 1830-cu ildə qurulanda Akmolinsk, 1961-1992-ci illərdə Tselinoqrad, 1998-ci ilə qədər Akmola, sonra isə Astana adlandırılıb.
İqbal Rzayev,
KONKRET.az
