Qazaxıstan və Rusiya səfirləri türk düşməni Mikoyana həsr olunmuş tədbirdə… – FOTOLARbackend

Qazaxıstan və Rusiya səfirləri türk düşməni Mikoyana həsr olunmuş tədbirdə... - FOTOLAR

İrəvandakı “Moskva evi”- Moskva mədəniyyət və işgüzar mərkəzinin və Ermənistan Elmlər Akademiyası Tarix İnstitutunun təşəbbüsü ilə “SSRİ dövlət xadimi” kimi təqdim edilən qatı daşnak xislətli, Azərbaycan və Türkiyənin, ümumiyyətlə, türk xalqlarının mənfur düşməni  Anastas Mikoyanın 126 illiyinə həsr olunmuş fotosərgi və elmi konfrans keçirilib.

KONKRET.az xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.

Təəssüfləndiricidir ki, tədbirdə Rusiya Federasiyasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkinlə yanaşı, Belarus Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Konyuk və hətta türk dövləti sayılan Qazaxıstan Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Bolat İmanbaev və digər şəxslər iştirak ediblər.

Xatırladaq ki, Lenin, Stalin, Xruşov, Brejnev kimi SSRİ liderlərinin dövründə 54 il Mərkəzi Komitənin, 40 il isə Siyasi Büronun üzvü olmuş, 1964-1965-ci illərdə  SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri kimi yüksək vəzifədə işləməyə nail olmuş Anastas Mikoyan istər gizli, istərsə də aşıq şəkildə daim erməni daşnaklarına dəstək olub və keçmiş  Dağlıq Qarabağ Muxtar vilayətinin Ermənistanın tərkibinə verilməsi üçün  əlindən gələni edib. Buna nail olmasa da, o, əslində bütövlükdə Kəlbəcər rayonunun ərazisinə daxil olan Zod(Söyüdlü) qızıl yatağının əsas hissəsinin, eləcə də Laçın, Qubadlı, Qazax, Gədəbəy və s. ərazilərdə min hektarlarla torpağın Ermənistana verilməsində böyük rolu olub…/moderator.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*