Qazaxıstanda kütləvi davada ölənlərin sayı 8-ə çatdıbackend

Qazaxıstanda kütləvi davada ölənlərin sayı 8-ə çatdı

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstanın Jambil vilayətində kütləvi dava nəticəsində 8 nəfər həlak olub.

KONKRET.az Orta Asiya ölkələri üzrə əməkdaşına istinadən xəbər verir ki, toqquşmalar zamanı onlarla insan da xəsarət alıb.

47 vətəndaş saxlanılıb.

Qazaxıstan DİN rəhbəri Erlan Turgumbayev bildirib ki, saxlanılanlar polisə gətirilib, onlardan iki ov silahı götürülüb.

Daha əvvəl ölkə prezidenti Kasım-Comərd Tokayev bildirib ki, Qazaxıstanın cənubundakı bir sıra yaşayış məntəqələrində toqquşmalar və kütləvi döyüşlər zamanı həlak olanlar və yaralananlar var.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*