“QAZel” ilə “KAMAZ” toqquşdu – YENİLƏNİBbackend

"QAZel" ilə "KAMAZ" toqquşdu - YENİLƏNİB

Göygöldə baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.

KONKRET.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Qazel” və “KamAZ” toqquşublar. Qəza zamanı Tovuz rayon sakini, 77 yaşlı Həsən Bayramov hadisə yerində ölüb, onun övladı 28 yaşlı Müşviq Bayramov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

20:37

Göygöl rayonunun Hacıməlik ərazisində avtomobil qəzası olub.

KONKRET.az xəbər verir ki, kiçiktutumlu yük maşını “QAZel” ilə “KAMAZ”ın toqquşması nəticəsində bir nəfər hadisə yerində keçinib, daha bir nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*