Azərbaycan dövlətinin dəstəyi ilə Qəhrəmanmaraşda inşası davam edən “Azərbaycan Məhəlləsi”ndə tikinti işləri bitmək üzrədir.
KONKRET.az APA-ya istinadla xəbər verir ki, bu barədə Qəhrəmanmaraş valisi Mükərrəm Ünlüər mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, 1-2 ay ərzində rəsmi açılışla insanların oraya köçü başlayacaq.